Bakı. Trend:
Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə mənbələrinin siyahısı genişləndiriləcək.
Trend-in müxbirinin xəbərinə görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, Dövlət Əməyin Mühafizəsi Fondu istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən və sığortaçıların, müəssisələrin vətəndaşların könüllü ödəmələri, habelə qanunda nəzərdə tutulan digər mənbələr hesabına təşkil ediləcək.
Hazırda qüvvədə olan qanunvericiliyə görə isə, Dövlət Əməyin Mühafizəsi Fondu müəssisələrin, vətəndaşların könüllü ödəmələri və başqa ödəmələr hesabına təşkil edilir.
