Azərbaycanın təbii qaz ixracının dəyəri 7% artıb

İqtisadiyyat Xəbər 26 Noyabr 2026 18:58 (UTC +04:00)
Azərbaycanın təbii qaz ixracının dəyəri 7% artıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın təbii qaz ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% artaraq 7 milyard 932 milyon ABŞ dollarını ötüb.

Trend Dövlət Gömrük Komitəsinin hesabatı əsasında hesablamalar aparıb.

Belə ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 20 milyard 648 milyon 829,71 min kubmetr təbii qaz ixrac edilib. İxracın statistik dəyəri 7 milyard 417 milyon 792,98 min ABŞ dolları təşkil edib.

2026-cı ilin eyni dövründə isə təbii qaz ixracının həcmi 20 milyard 654 milyon 403,42 min kubmetrə yüksəlib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 573,71 min kubmetr və ya təxminən 0,03% artım deməkdir.

Təbii qaz ixracının statistik dəyəri isə 514 milyon 291,71 min ABŞ dolları və ya 6,9% artıb.

Beləliklə, hesabat dövründə Azərbaycanın təbii qaz ixracının fiziki həcmi cüzi artdığı halda, ixracın dəyərində daha nəzərəçarpan yüksəliş qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda xam neft və təbii qaz hasilatının dəyəri 32,2 milyard manat təşkil edib.

Hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 36,1 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,3 faiz azdır.
Mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatının dəyəri 32 milyard 151,6 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 2,9 faiz azalıb.
Hesabat dövründə Azərbaycanın əmtəəlik neft hasilatı 22,1 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 31,8 milyard kubmetr təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə əmtəəlik neft hasilatı 3,7 faiz, əmtəəlik qaz hasilatı isə 1,5 faiz azalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti