Bakı. Trend:
Bakının Xətai rayonunda Cavanşir, Məhəmməd Hadi və Xudu Məmmədov küçələrində, eləcə də Gəncə prospektində istilik təchizatında müvəqqəti fasilə yaranıb.
“Azəristiliktəchizat” ASC-nin məlumatına görə, “Azərenerji” ASC-nin “Bakı İEM” MMC-yə məxsus 2 saylı util-qazan qurğusunda yaranmış qüsurların aradan qaldırılması üçün istilik enerjisinin ötürülməsi müvəqqəti dayandırılıb.
Qeyd olunan ərazilərdə istilik təchizatının yaxın saatlarda bərpası üçün işlər aparılır.
