Azərbaycanın neft koksu və neft bitumu ixracı artıb

İqtisadiyyat Xəbər 26 Noyabr 2026 19:12 (UTC +04:00)
Azərbaycanın neft koksu və neft bitumu ixracı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan neft koksu ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36,7% artıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinin hesabatı əsasında hesablama aparıb.

Belə ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 173 min 131,30 ton neft koksu ixrac edilib. İxracın statistik dəyəri 52 milyon 301,05 min ABŞ dolları təşkil edib.

2026-cı ilin eyni dövründə neft koksu ixracının həcmi 236 min 633,78 tona çatıb. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 63 min 502,48 ton və ya 36,7% artım deməkdir.

Neft koksu ixracının statistik dəyəri də yüksəlib. Hesabat dövründə bu göstərici 95 milyon 227,82 min ABŞ dolları olub. Beləliklə, ixracın dəyəri 2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 42 milyon 926,77 min ABŞ dolları və ya 82,1% artıb.

Beləliklə, hesabat dövründə Azərbaycanın neft koksu ixracında həm həcm, həm də dəyər baxımından artım qeydə alınıb.

Bundan başqa, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan neft bitumu ixracı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3,5 dəfə artıb. Belə ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 4 min 360,09 ton neft bitumu ixrac edilib. İxracın statistik dəyəri 1 milyon 137,01 min ABŞ dolları olub.

2026-cı ilin eyni dövründə neft bitumu ixracının həcmi 15 min 212,06 tona yüksəlib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10 min 851,97 ton və ya 248,9% artım deməkdir.

Neft bitumu ixracının statistik dəyəri isə 4 milyon 716,28 min ABŞ dolları təşkil edib. Bu göstərici 2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3 milyon 579,27 min ABŞ dolları və ya 314,8% artıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti