ABŞ yaxın vaxtlarda İranla bağlı qərar verəcək - Tramp

Dünya xəbərləri Xəbər 1 Oktyabr 2026 03:17 (UTC +04:00)
ABŞ yaxın vaxtlarda İranla bağlı qərar verəcək - Tramp

Bakı. Trend:

ABŞ yaxın vaxtlarda İrana zərbələr endirməyi bərpa edib-etməyəcəyinə, yoxsa Tehranla razılaşma əldə edəcəyinə qərar verəcək.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.

“Bəlkə də onları bombalayacağıq. Bu qərarı verməliyik. Onları bombalayacağıq [yaxud] razılaşma əldə edəcəyik. Lakin vaxt azalır. Bu və ya digər şəkildə hər şey çox tezliklə başa çatacaq”, – deyə D. Tramp Vaşinqtonun Tehranla necə danışıqlar aparacağını sualına cavabında bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti