Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə yeni fəaliyyətə başlayacaq məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə işə qəbul üçün müsahibə mərhələsinə başlanılır.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agetnliyinin Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, işğaldan azad edilmiş ərazilərdə yaşayan və digər dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində çalışan şəxslər müsabiqədənkənar qaydada işə qəbul ediləcəklər.
Qeyd olunub ki, vakansiya seçimində yalnız 2025-ci ildə keçirilmiş tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmiş namizədlər qeydiyyatdan keçə bilərlər.
Müsahibədə uğur qazanan və ən yüksək test balına malik namizəd seçdiyi vakant vəzifəyə təyin ediləcək.
Namizədlərdən qeydiyyat zamanı şəxsi məlumatlarını düzgün, tam və dəqiq qeyd etmələri xahiş olunur.
Qeydiyyatın son tarixi 5 oktyabr 2026-cı il, saat 10:00-dır.
Qeydiyyatdan bu linkə keçid edərək keçmək olar.
