Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

Cəmiyyət Sənəd 30 Sentyabr 2026 12:07 (UTC +04:00)
Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin 2026-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı:

Qanun layihəsinin adı Aparıcı komitə Aparıcı şöbə
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri Milli Məclisin müvafiq komitələri Aparatın müvafiq şöbələri
Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri Milli Məclisin müvafiq komitələri (Aparıcı - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi) İqtisadi qanunvericilik şöbəsi
Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi
Pulsuz hüquqi yardım haqqında qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında qanun layihəsi Müdafiə, təhlükəsizlik və korrupsiya mübarizə komitəsi Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi
Aqrar sahə haqqında qanun layihəsi Aqrar siyasət komitəsi İqtisadi qanunvericilik şöbəsi
Məhsul şəhadətnaməsi haqqında qanun layihəsi Aqrar siyasət komitəsi İqtisadi qanunvericilik şöbəsi
Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri Milli Məclisin müvafiq komitələri Aparatın müvafiq şöbələri

Qanunvericilik işləri planı müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti