Bakı. Trend:
Bu ilin sentyabrın 1-i tarixinə Azərbaycan manatının xarici valyutalara nisbətdə ümumi nominal effektiv məzənnəsi 104,9 faiz bəndi təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamaya görə, bu göstərici aylıq ifadədə, yəni avqust ayı ilə müqayisədə dəyişməyib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə ümumi nominal effektiv məzənnə 2,4 faiz bəndi artıb. 2025-ci ilin avqustunda bu göstərici 102,5 faiz bəndi olub.
Hesabat dövründə manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi 178 faiz bəndinə çatıb. Bu, iyul ayındakı 176,4 faiz bəndi ilə müqayisədə 1,6 faiz bəndi artım deməkdir. Ötən ilin avqustunda qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə 174,2 faiz bəndi olub. Beləliklə, illik ifadədə göstərici 3,8 faiz bəndi yüksəlib.
Bu ilin sentyabrın 1-i tarixinə manatın xarici valyutalara nisbətdə ümumi real effektiv məzənnəsi 115,7 faiz bəndi təşkil edib. Göstərici aylıq ifadədə 0,3 faiz bəndi azalıb. Belə ki, iyul ayında ümumi real effektiv məzənnə 116 faiz bəndi olub. İllik müqayisədə isə göstərici 2025-ci ilin avqustundakı 115,8 faiz bəndi ilə müqayisədə 0,1 faiz bəndi azalıb.
Qeyri-neft sektoru üzrə real effektiv məzənnə isə sentyabrın 1-nə 111,3 faiz bəndi təşkil edib. Bu göstərici aylıq ifadədə 0,7 faiz bəndi artıb. Ötən ilin eyni dövründə 112,1 faiz bəndi olan qeyri-neft sektoru üzrə real effektiv məzənnə illik ifadədə 0,8 faiz bəndi azalıb.
Qeyd edək ki, manatın nominal effektiv məzənnəsi xarici valyutalara nisbətdə məzənnə dəyişikliklərini, real effektiv məzənnə isə bununla yanaşı qiymət səviyyələrindəki dəyişikliklərin təsirini də nəzərə alır.
