Lənkəranda vətəndaşların 150 min manatdan artıq vəsaiti ələ keçirilib (FOTO)

Hadisə Xəbər 29 Sentyabr 2026 10:53 (UTC +04:00)
Lənkəranda vətəndaşların 150 min manatdan artıq vəsaiti ələ keçirilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəranda müxtəlif vədlərlə vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən H.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla müəyyən edilib ki, H.Məmmədov zərərçəkmişlərə özünü müxtəlif qurumlarlarda tanışları olan şəxs kimi təqdim edərək təqaüd düzəltmək, yüksək maaşlı işlə təmin olunma və digər yalan vədlər verib.

Bu yolla o, vətəndaşların ümumilikdə 150 min manatdan artıq pul vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, H.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti