Bakı.Trend:
Bu həftə (21-25 sentyabr) Azeri Light (CIF), Azeri Light (FOB Ceyhan), Dated Brent və Urals markalı neftin orta qiymətləri azalıb.
Trend-in neft bazarı iştirakçılarının məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yatağında hasil edilən Azeri Light (CIF) markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,1 dollar və ya 2,5 faiz azalaraq bir barel üçün 121,08 dollar təşkil edib.
Məlumata görə, həftə ərzində bu markalı xam neftin maksimum qiyməti bir barel üçün 125,94 dollar, minimum qiyməti isə 116,83 dollar olub.
Türkiyənin Ceyhan limanında FOB bazisində Azeri Light markalı neftin orta qiyməti bir barel üçün 114,38 dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 4,14 dollar və ya 3,5 faiz aşağıdır. Həftə ərzində maksimum qiymət bir barel üçün 119,26 dollar, minimum qiymət isə 110,09 dollar olub.
Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 6,8 dollar və ya 7,6 faiz azalaraq bir barel üçün 83,02 dollar təşkil edib. Həftə ərzində maksimum qiymət 88,36 dollar, minimum qiymət isə 78,59 dollar olub.
Dated Brent markalı neftin orta qiyməti bir barel üçün 120,65 dollar təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 7,11 dollar və ya 5,6 faiz azdır. Həftə ərzində bir barel neftin maksimum qiyməti 125,52 dollar, minimum qiyməti isə 116,43 dollar olub.
|
Neft / tarix |
21.09.2026 |
22.09.2026 |
23.09.2026 |
24.09.2026 |
25.09.2026 |
Orta qiymət |
|
Azeri LT CIF |
$116.83 |
$117.74 |
$121.43 |
$125.94 |
$123.46 |
$121.08 |
|
Azeri Light FOB Ceyhan |
$110.09 |
$111.01 |
$114.72 |
$119.26 |
$116.81 |
$114.38 |
|
Urals (EX NOVO) |
$78.59 |
$78.79 |
$82.87 |
$88.36 |
$86.49 |
$83.02 |
|
Dated Brent |
$118.41 |
$116.43 |
$119.86 |
$125.52 |
$123.02 |
$120.65 |
