Kəlbəcər rayonunda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib (VİDEO)

Siyasət Xəbər 27 Sentyabr 2026 14:49 (UTC +04:00)
Kəlbəcər rayonunda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib (VİDEO)

Bakı. Trend:

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi Kəlbəcər şəhərində bir dəqiqəlik sükutla yad olunub.

Anım Günü ilə əlaqədar Kəlbəcər şəhərinin mərkəzi dairəsində toplaşan iştirakçılar şəhidlərin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Saat 12:00-da rayon ərazisində nəqliyyat və piyadaların hərəkəti dayandırılıb, avtomobillər tərəfindən səs siqnalları verilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində Kəlbəcər rayonu ictimaiyyəti, rayon ziyalıları, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti