İran təzyiq altında belə öz hüquqlarından imtina etməyəcək - Əraqçi

Dünya xəbərləri Xəbər 26 Sentyabr 2026 04:56 (UTC +04:00)
İran təzyiq altında belə öz hüquqlarından imtina etməyəcək - Əraqçi

Bakı. Trend:

İran məcburetməni və təhdidləri qəbul etmir, İran təzyiqlərə baxmayaraq öz suveren hüquqlarından imtina etməyəcək.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin mənzil-qərargahında jurnalistlərə açıqlamasında bildirib.

“İran məcburetməni, təhdidləri və qorxutmanı qəbul etmir. İran təzyiq altında öz suveren hüquqlarından imtina etməyəcək”, - deyə o bildirib. Nazir vurğulayıb ki, ölkələrin BMT Nizamnaməsinə əməl etməsi sadəcə istək məsələsi deyil, öhdəlikdir və suverenlik hər hansı şərtdən asılı ola bilməz.

“Diplomatiya kapitulyasiya deyil və məhv olmaq təhdidləri ilə sülh qurmaq mümkün deyil”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti