Zelenskidən müsbət cavab aldım – Ərdoğan

Dünya xəbərləri Xəbər 25 Sentyabr 2026 09:53 (UTC +04:00)
Zelenskidən müsbət cavab aldım – Ərdoğan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyə Qara dəniz vasitəsilə taxıl ixracının bərpası istiqamətində diplomatik səylərini gücləndirir.

"TRT"nin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə liderinin sözlərinə görə, Qara dəniz Rusiya ilə Ukrayna arasındakı münaqişədə döyüş meydanına çevrilməməlidir. Dövlət başçısı qeyd edib ki, Ankara bütün maraqlı tərəflərə gəmiçilik təhlükəsizliyinin bərpasının zəruriliyini izah edir.

“Hazırda taxıl dəhlizinin bərpası istiqamətində səylərimizi gücləndirmişik. Bunun üçün diplomatik addımlarımızı da sürətləndiririk. Mən bu məsələni Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir daha müzakirə etdim və ondan aldığım cavab müsbət oldu”, – deyə Ərdoğan qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti