Qazaxıstanda matəm günüdür

Dünya xəbərləri Xəbər 25 Sentyabr 2026 09:48 (UTC +04:00)
Qazaxıstanda matəm günüdür
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qazaxıstanda hərbi qulluqçuların Manqistau vilayətində faciəvi şəkildə həlak olması ilə əlaqədar matəm günüdür.

Bununla bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.

Respublika ərazisində dövlət bayraqları yarıya qədər endirilib, əyləncəli tədbirlər və televiziya kanallarında əyləncə proqramlarının yayımı ləğv edilib.

Qeyd edək ki, hadisə Xəzər dənizinin sahilində keçirilən təlimlər zamanı baş verib.

Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, Manqistau vilayətində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı havanın kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində hərbçilər dənizə sürükləniblər.

Məlumata görə, ümumilikdə 19 hərbçi dənizə düşüb.

Hadisənin bütün hallarının müəyyənləşdirilməsi və axtarış əməliyyatının əlaqələndirilməsi məqsədilə Qazaxıstan Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə göndərilib. Komissiyaya müdafiə naziri, general-leytenant Dauren Kosanov rəhbərlik edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti