Fransa Zidanın rəhbərliyi altında ilk oyununda Türkiyəni məğlub edib

İdman Xəbər 26 Sentyabr 2026 01:36 (UTC +04:00)
Fransa Zidanın rəhbərliyi altında ilk oyununda Türkiyəni məğlub edib

Bakı. Trend:

Fransa yığması futbol üzrə 2026/27 mövsümündə Millətlər Liqasının ilk turunun oyununda səfərdə Türkiyə komandasını 1:0 hesabı ilə məğlub edib.

Qolu 54-cü dəqiqədə Kilian Mbappe vurub. Qoldan sonra dizindəki problem səbəbindən o, əvəzlənib. 87-ci dəqiqədə Türkiyə millisinin qapıçısı Uğurcan Çakır qırmızı vərəqə alıb.

Fransa millisi ilk oyununu Zinəddin Zidanın rəhbərliyi altında keçirib. O, iyul ayında 14 il ərzində komandaya rəhbərlik edən Didye Deşamı baş məşqçi postunda əvəz edib.

Xəbər lenti

Xəbər lenti