Azərbaycan və Benin vizadan qarşılıqlı azadolma barədə saziş imzalayıb (FOTO)

Siyasət Xəbər 25 Sentyabr 2026 02:43 (UTC +04:00)
Azərbaycan və Benin vizadan qarşılıqlı azadolma barədə saziş imzalayıb (FOTO)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Benin Respublikasının xarici işlər naziri Korin Amori Brune ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib.

Görüşdə iki ölkənin xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin yaradılması və xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində beynəlxalq təşkilatlarda koordinasiyanın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər qarşılıqlı iqtisadi və humanitar əməkdaşlığın, eləcə də əsas inkişaf istiqamətləri üzrə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşün yekununda nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Benin Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalayıblar.

Bu saziş yüksək səviyyəli qarşılıqlı səfərlərin asanlaşdırılması və uzunmüddətli diplomatik tərəfdaşlığın inkişaf etdirilməsi üçün institusional-hüquqi baza yaradır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti