Ukrayna "Patriot" raketlərinin istehsalı üçün lisenziya alacaq

Dünya xəbərləri Xəbər 25 Sentyabr 2026 13:07 (UTC +04:00)
Ukrayna "Patriot" raketlərinin istehsalı üçün lisenziya alacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Tramp Ukraynanın “Patriot” raketlərinin istehsalı üçün lisenziyalar alacağını bildirib.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

“Prezident Tramp mənimlə son görüşündə vurğuladı ki, “bəli, mən yekun qərar qəbul etmişəm – Ukrayna “Patriot” raketlərinin istehsalı üçün lisenziyalar alacaq”, – deyə Zelenski cümə günü jurnalistlərə bildirib.

“Patriot” ABŞ istehsalı olan, hava hücumundan və raketdən müdafiə üçün nəzərdə tutulmuş çoxfunksiyalı yerüstü ZRK kompleksidir. Sistem təyyarələr, qanadlı raketlər, pilotsuz uçuş aparatları və taktiki ballistik raketlər də daxil olmaqla müxtəlif hava təhdidlərini aşkar edib izləyə və məhv edə bilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti