Özbəkistandan Azərbaycana pul köçürmələri 31%-dən çox artıb

İqtisadiyyat Xəbər 24 Sentyabr 2026 12:21 (UTC +04:00)
Özbəkistandan Azərbaycana pul köçürmələri 31%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Özbəkistandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,779 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında hesablamasına görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,8 milyon ABŞ dolları və ya 31,2 faiz çoxdur.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Özbəkistanın payı 1 faiz təşkil edib. Bununla da sözügedən ölkə xaricdən Azərbaycana ümumi pul köçürən ölkələrin siyahısında 13-cü pillədə qərarlaşıb.

Hesabat dövründə əks istiqamətdə, yəni Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,230 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 482 min ABŞ dolları və ya 27,6 faiz çoxdur.

Dövr ərzində Azərbaycandan xarici ümumi pul köçürmələrində Özbəkistanın payı 1,1 faiz olub. Bu göstərici ilə Özbəkistan Azərbaycandan fiziki şəxslərin pul köçürülən ölkələr siyahısında 19-cu yerdə qərarlaşıb.

Ümumilikdə, 2026-cı ilin ilk yarımilində Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 207,878 milyon ABŞ dolları təşkil edib. Bu isə 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 30,3 milyon ABŞ dolları və ya 12,7 faiz azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 748,464 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 214,5 milyon ABŞ dolları və ya 40,2 faiz çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti