Azərbaycan 2030-cu ilədək iqtisadiyyatın daha da şaxələndirilməsini hədəfləyir

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 13:40 (UTC +04:00)
Azərbaycan 2030-cu ilədək iqtisadiyyatın daha da şaxələndirilməsini hədəfləyir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın 2030-cu ilədək Milli İnkişaf Strategiyası özəl sektora əsaslanaraq iqtisadiyyatın daha da diversifikasiyasını nəzərdə tutur.

Bu barədə cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib, Trend-in müxbiri xəbər verir.

Nazirin sözlərinə görə, strategiya çərçivəsində prioritet istiqamətlər sənaye istehsalı və xidmət sahəsi, eləcə də insan kapitalına investisiyalar olacaq.
Onun sözlərinə görə, strategiya çərçivəsində prioritet istiqamətlər sənaye istehsalı və xidmət sahəsi, eləcə də insan kapitalına investisiyalar olacaq.
"Milli iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi özəl sektorun rəhbərliyi ilə həyata keçirilməlidir. Sənaye istehsalı və xidmət sahələrinin inkişafı kimi istiqamətlərə üstünlük verilməli, eyni zamanda baş verən dəyişikliklərə hazır olmaları üçün insan kapitalına və insanlara investisiyalara daha çox diqqət yetirilməlidir", - deyə M.Cabbarov bildirib.

O qeyd edib ki, enerji keçidi və süni intellekt strategiyanın həyata keçirilməsində mühüm rol oynayacaq, o cümlədən iqtisadiyyatın məhsuldarlığının artırılması və əhaliyə dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi baxımından.

Nazirin sözlərinə görə, 2030-cu ilədək mühüm istiqamətlərdən biri uzunmüddətli maliyyələşməyə çıxışın təmin edilməsi və kapital bazarlarının inkişafı olacaq: "Regional tərəfdaşlıq mühüm əhəmiyyət daşıyır, çünki strategiyanın vacib hissəsi ixraca yönəlib. Biz öz daxili bazarımızla məhdudlaşmağa imkan verə bilmərik".
O, Orta Dəhlizin xüsusi rolunu qeyd edərək, onun əhəmiyyətinin yalnız malların daşınması və tranziti ilə məhdudlaşmadığını vurğulayıb: "Orta Dəhliz yalnız malların daşınması və ya tranziti üçün vasitə və marşrut deyil, həm də birgə emal, habların yaradılması, əlverişli mühitin formalaşdırılması, regionun maliyyə mərkəzinin və maliyyə resurslarının yaradılması, eləcə də birgə investisiyalardır".

M.Cabbarovun sözlərinə görə, məhz bu istiqamətlər Azərbaycanın 2030-cu ilədək Milli İnkişaf Strategiyasının məqsədlərinin bir hissəsidir.
Qeyd edək ki, Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir.

İki günlük tədbir Azərbaycanın İqtisadiyyat Nazirliyi və onun tabeliyində olan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən European House - Ambrosetti şirkətinin strateji tərəfdaşlığı ilə təşkil olunub.

Budəfəki forum "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal qarşılıqlı əlaqələrin və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunub və dünyanın aparıcı investorlarını, dövlət və hökumət nümayəndələrini, beynəlxalq maliyyə institutlarını və biznes liderlərini bir araya gətirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti