Bakı. Trend:
“AzerGold” QSC qarşıdakı dövrdə yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsini, hasilat və emal zəncirinin genişləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu “AzerGold” QSC İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, son illər əldə olunan nəticələr Azərbaycanda müasir dağ-mədən sənayesinin inkişafı üçün zəruri baza və institusional təcrübənin formalaşdığını göstərir.
“Bu illər ərzində əldə etdiyimiz nəticələr əsasında deyə bilirik ki, dövlətin bu sahəyə diqqəti və xüsusi qayğısı nəticəsində Dövlət Proqramının icrası və Azərbaycanda müasir dağ-mədən sənayesinin genişləndirilməsi üçün artıq müəyyən edilmiş baza və institusional təcrübə mövcuddur. 10 il ərzində 2 yeni qızıl yatağının kəşf edilməsi, 4 qızıl mədəninin və 1 regional sənaye kompleksinin istifadəyə verilməsi, eləcə də yeni fəaliyyət istiqamətlərinin formalaşdırılması ilə “AzerGold” QSC hasilat, istehsal və gəlir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Şirkətin bu dövr ərzində həyata keçirdiyi fəaliyyət nəticəsində cari ilin avqust ayınadək ölkə iqtisadiyyatına 2,3 milyard manat gəlir, dövlət büdcəsinə isə 267,2 milyon manat vergi ödənişi təmin edilib. Bu dövr ərzində şirkət ümumilikdə 618 milyon manat mənfəət əldə edib. 2025-ci ilin maliyyə nəticələrinə əsasən, əldə olunmuş mənfəətin təxminən 42 milyon manatının dividend şəklində dövlət büdcəsinə yönəldilməsi nəzərdə tutulur.
Bu nəticələr “AzerGold” QSC-nin ölkənin qeyri-neft sənayesinin inkişafına, ixrac potensialının artırılmasına, dövlət büdcəsinin gəlirlərinin formalaşmasına və bütövlükdə iqtisadi dəyərin yaradılmasına verdiyi töhfəni nümayiş etdirir”, - deyə “AzerGold”un sədri vurğulayıb.
Z. İbrahimovun sözlərinə görə, Dövlət Proqramı “AzerGold” üçün yeni fəaliyyət mərhələsinin başlanğıcı olmaqla yanaşı, son on ildə formalaşmış təcrübənin daha geniş miqyasda tətbiqi üçün də imkan yaradır.
“Qarşıdakı mərhələdə əsas vəzifəmiz yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi, hasilat və emal zəncirinin genişləndirilməsi və ölkə daxilində daha yüksək əlavə dəyərin yaradılmasıdır”, - deyə o əlavə edib.
“AzerGold” QSC-nin Dövlət Proqramının Tədbirlər Planında fəaliyyət istiqamətlərinə uyğun bir sıra mühüm prioritetlər üzrə əsas icraçı kimi müəyyənləşdirildiyini bildirən Z. İbrahimov qeyd edib ki, şirkət qarşıdakı dövrdə mövcud inkişaf dinamikasını qorumaqla yanaşı, dağ-mədən sektorunun inkişafına yeni töhfələr verməyi qarşıya məqsəd qoyub.
"“AzerGold” QSC olaraq biz bu yeni mərhələdə üzərimizə düşən
vəzifələri aydın şəkildə görürük. Qarşıdakı dövrdə əsas məqsədimiz
mövcud inkişaf dinamikasını qorumaqla yanaşı, təmsil etdiyimiz
sektorun inkişafına yeni töhfələr verməkdir”, - deyə İdarə
Heyətinin sədri bildirib.
Sədr bildirib ki, bu illər ərzində əldə edilən nəticələr əsasında dövlətin bu sahəyə diqqəti və xüsusi qayğısı nəticəsində Dövlət Proqramının icrası və Azərbaycanda müasir dağ-mədən sənayesinin genişləndirilməsi üçün artıq müəyyən edilmiş baza və institusional təcrübə mövcuddur:
"10 il ərzində 2 yeni qızıl yatağının kəşf edilməsi, 4 qızıl mədəninin və 1 regional sənaye kompleksinin istifadəyə verilməsi, eləcə də yeni fəaliyyət istiqamətlərinin formalaşdırılması ilə “AzerGold” QSC hasilat, istehsal və gəlir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Şirkətin bu dövr ərzində həyata keçirdiyi fəaliyyət nəticəsində
cari ilin avqust ayınadək ölkə iqtisadiyyatına 2,3 milyard manat
gəlir, dövlət büdcəsinə isə 267,2 milyon manat vergi ödənişi təmin
edilib. Bu dövr ərzində şirkət ümumilikdə 618 milyon manat mənfəət
əldə edib. 2025-ci ilin maliyyə nəticələrinə əsasən, əldə olunmuş
mənfəətin təxminən 42 milyon manatının dividend şəklində dövlət
büdcəsinə yönəldilməsi nəzərdə tutulur.
Bu nəticələr “AzerGold” QSC-nin ölkənin qeyri-neft sənayesinin
inkişafına, ixrac potensialının artırılmasına, dövlət büdcəsinin
gəlirlərinin formalaşmasına və bütövlükdə iqtisadi dəyərin
yaradılmasına verdiyi töhfəni nümayiş etdirir".
