Yasamal və Zirənin bəzi ərazilərində bir neçə saatlıq işıq olmayacaq

Cəmiyyət Xəbər 25 Sentyabr 2026 08:40 (UTC +04:00)
Yasamal və Zirənin bəzi ərazilərində bir neçə saatlıq işıq olmayacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün paytaxtın Yasamal rayonunun və Zirə qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamalda transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Mirmövsüm Nəvvab, Rahib Tağıyev və Ümid Əkbərov küçələrində, Hüseyn Cavid prospektində, həmçinin Birinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Eyni saatlarda 6 kV-luq hava xəttində aparılacaq profilaktik işlərlə əlaqədar Zirədəki Dübəndi bağları yaşayış massivində də elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.

Qurum bildirib ki, işlər elektrik təchizatının keyfiyyətini və dayanıqlığını artırmaq məqsədi daşıyır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti