Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib

Siyasət Xəbər 25 Sentyabr 2026 04:42 (UTC +04:00)
Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib

Bakı. Trend:

Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda sentyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Koxir Rasulzodanı hava limanında Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti