Pentaqon lazer silahların hazırlanmasına yarım milyard dollar ayıracaq

Dünya xəbərləri Xəbər 25 Sentyabr 2026 10:09 (UTC +04:00)
Poland army
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Pentaqon pilotsuz uçuş aparatlarının və qanadlı raketlərin məhv edilməsi üçün hərbi lazer komplekslərinin istehsalına 500 milyon dollar ayıracaq.

Bu barədə “New York Post” (NY Post) qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, ABŞ hərbçiləri artıq Yaxın Şərqdəki münaqişə çərçivəsində hava hədəflərinin qarşısını almaq üçün Hörmüz boğazında lazer silahlarından istifadə edir, həmçinin narkokartellərinə qarşı mübarizə məqsədilə ölkənin cənub sərhədində bu silahları sınaqdan keçirirlər.

Materialda qeyd olunur ki, lazerlərdən istifadə ənənəvi zenit raketlərindən əhəmiyyətli dərəcədə ucuz başa gəlir və sursat ehtiyatlarının sərfiyyatından asılılığı azaltmağa imkan verir.

"NY Post" bildirir ki, 60 kVt gücündə HELIOS sistemi də daxil olmaqla müasir komplekslər böyük ölçüləri və yüksək enerji tələbatı səbəbindən əsasən döyüş gəmilərində quraşdırılır. Qeyd olunur ki, bəzi qurğuların idarə edilməsi “Xbox” oyun konsolları üçün modifikasiya edilmiş kontrollerlər vasitəsilə həyata keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti