Moskvada daxildən işıqlandırılan yol nişanları quraşdırılıb

Dünya xəbərləri Xəbər 24 Sentyabr 2026 12:44 (UTC +04:00)
Moskvada daxildən işıqlandırılan yol nişanları quraşdırılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Moskva şəhərinin Nəqliyyatın İdarə Edilməsi Mərkəzi (MNİEM) Tverskaya və 1-ci Tverskaya-Yamskaya küçələrində daxildən LED işıqlandırması olan 94 yol nişanı quraşdırıb.

Bu barədə “Kommersant” məlumat yayıb.

“Bu nişanlar qaranlıq vaxtlarda daha yaxşı görünür və hava şəraitinə davamlıdır. Yeni texnologiya sürücülərə nişanları daha tez görməyə və təhlükəsizliyi artırmağa kömək edəcək”, - deyə qurumdan bildirilib.

İşıqlandırma üstünlük, hərəkət istiqaməti və maneələrin yanından keçmə nişanlarına quraşdırılıb. Onlar əsasən iri yolayrıclarında və yol çıxışlarından əvvəl yerləşdirilib. Nişanların işini məsafədən izləmək mümkündür.

MNİEM-nin məlumatına görə, Moskvada təxminən 900 min yol nişanı var. Tverskaya və 1-ci Tverskaya-Yamskaya küçələrindən hər gün 190 mindən çox avtomobil keçir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti