Bakı. Trend:
BMT Baş Assambleyasının 81-ci sessiyası ilə əlaqədar ABŞ-nın Nyu-York şəhərinə səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Nyu-Yorkdakı “Türk Evi”ndə baş tutan görüş mətbuata qapalı keçib.
Görüşdə Türkiyə-Ermənistan əlaqələri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub. Ərdoğan ikitərəfli ticarət və nəqliyyat sahələrində normallaşma prosesini dəstəklədiyini bildirib, əldə olunan müsbət dinamikanın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Türkiyə Prezidenti ölkəsinin Azərbaycan və Ermənistan arasında sülh prosesində qarşılıqlı addımların atılmasını məmnuniyyətlə qarşıladığını bildirib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.