Bakı.Trend:
Sentyabrın 22-də Gürcüstanın Marneuli şəhərində baş vermiş ağır yol-nəqliyat hadisəsində əslən azərbaycanlı iş adamı həlak olub.
Bu barədə “Atkual.ge” nəşri məlumat yayıb.
Məlumata görə, yol qəzasında Marneulinin "JJB" restoranının sahibi və baş aşpazı Naqim Qocayev həyatını itirib.
Qeyd olunur ki, qəza baş verən an Namiq Qocayev idarə etdiyi avtomobildə tək olub. Onun idarəetməni itirərək avtomobili ilə yolun kənarındakı dirəyə çırpıldığı bildirilir.
