Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan

Siyasət Xəbər 22 Sentyabr 2026 20:45 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Cənubi Qafqazdakı vəziyyətə toxunub.

Türkiyə lideri Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzuladıqlarını bildirib, iki ölkə arasında sülh prosesini dəstəklədiklərini deyib.

“Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın sülhün həlli istiqamətində ortaya qoyduqları siyasi iradəni təqdir edir və dəstəkləyirik.

Ərdoğan Türkiyənin Ermənistanla normallaşma prosesini də qətiyyətlə davam etdirdiyini qeyd edib.

Türkiyə Prezidenti çıxışı zamanı, həmçinin Türk Dövlətləri Təşkilatının inkişaf edərək nümunəvi regional əməkdaşlıq platformasına çevrildiyini bildirib:

"Türk Dövlətləri Təşkilatı ildən-ilə inkişaf edərək nümunəvi regional əməkdaşlıq platformasına çevrilib".

O, oktyabrın 30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünün təşkilatın qarşısında yeni imkanlar və üfüqlər açacağını qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti