Bakı.Trend:
Slovakiyanın Baş naziri Robert Fitso avtomobil yanacağının qiymətinin kəskin artması ilə əlaqədar Avropa İttifaqını növbədənkənar sammit keçirməsinə çağırıb.
Bu barədə TASS məluamat yayıb.
O, vətəndaşlara videomüraciətində bildirib ki, Aİ səviyyəsində təcili olaraq ümumavropa həlli tapılmalıdır. Fitsonun sözlərinə görə, ittifaqın bəzi ölkələrində yanacağın bir litrinin qiyməti artıq 3 avroya çatıb.
Slovakiyanın Baş naziri Vişeqrad Qrupu çərçivəsində Macarıstan, Polşa və Çexiyanı onun təşəbbüsünü dəstəkləməyə çağırıb. O, həmçinin qiymət artımına kifayət qədər reaksiya vermədiyinə görə Aİ rəhbərliyini tənqid edib.
Fitso eyni zamanda yanacağın bahalaşmasını pensiya və səhiyyə xərclərinin azaldılması hesabına kompensasiya etmək təklifini qəti şəkildə pisləyib
