Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub

Hadisə Xəbər 26 Noyabr 2026 20:46 (UTC +04:00)
Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakının Səbail rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Səbail rayonu, Xanlar küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evinin mətbəxində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğının evin digər otaqlarına və yaxınlıqda yerləşən tikililərə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində evin mətbəxinin yanar konstruksiyaları 20 kvadratmetr sahədə, dam örtüyünün taxta atmaları isə 1 kvadratmetr sahədə yanıb.

Fərdi yaşayış evinin böyük hissəsi və yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti