"Bitcoin" və "Ethereum"un qiymətində artım qeydə alınıb

Dünya xəbərləri Xəbər 26 Noyabr 2026 22:34 (UTC +04:00)
"Bitcoin" və "Ethereum"un qiymətində artım qeydə alınıb
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Bazar kapitallaşmasına görə dünyanın iki aparıcı kriptovalyutası olan "Bitcoin" və "Ethereum"un qiymətində artım müşahidə olunur.

"Binance" platformasının məlumatlarına əsasən, "Bitcoin"in qiyməti 3,04% artaraq 60 484 dollara, "Ethereum"un (ETH) qiyməti isə 3,44% yüksələrək 1 690 dollara çatıb.

"CoinMarketCap" platformasının 26 noyabr tarixinə olan məlumatına görə, kriptovalyuta bazarının ümumi kapitallaşması 2,07 trilyon dollar təşkil edib. Bunun 1,21 trilyon dolları (58,8%) "Bitcoin"in, 206,59 milyard dolları (10%) isə "Ethereum"un payına düşüb.

"Coinglass" platformasının məlumatına əsasən, son 24 saat ərzində qlobal kriptovalyuta birjalarında 81 mindən çox treyderin mövqeyi likvidasiya edilib. Likvidasiyaların ümumi həcmi 342,81 milyon dollar təşkil edib.

Likvidasiyaların böyük hissəsi "Bitcoin" üzrə qeydə alınıb. Belə ki, 77,94 milyon dollarlıq likvidasiya uzun mövqelərin, 264,87 milyon dollarlıq likvidasiya isə qısa mövqelərin payına düşüb.

Son 24 saat ərzində ən böyük likvidasiya sifarişi "Hyperliquid" kriptovalyuta birjasında ETH-USD ticarət cütlüyü üzrə qeydə alınıb. Sifarişin həcmi 3,88 milyon dollar təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti