İraqın Baş naziri 2027-ci ilədək ölkədəki silahlı qrupların tərksilah ediləcəyini açıqlayıb

Dünya xəbərləri Xəbər 22 Sentyabr 2026 05:00 (UTC +04:00)
İraqın Baş naziri 2027-ci ilədək ölkədəki silahlı qrupların tərksilah ediləcəyini açıqlayıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İraqın Baş naziri Əli əl-Zeydi ölkədəki silahlı qrupların 2027-ci ilədək tərksilah edilərək ləğv olunacağını bildirib.

Bu barədə o, “The New York Times” qəzetinə müsahibəsində deyib.

Baş nazirin sözlərinə görə, sentyabrın 30-da mərhələli tərksilah planı açıqlanacaq. İlk mərhələdə 90 günlük atəşkəs elan olunması, daha sonra silahlı qrupların silahlarını təhvil verməyə başlaması nəzərdə tutulur. İraq hökuməti prosesin 2027-ci il iyunun 30-dək başa çatacağını gözləyir.

Əli əl-Zeydi tərksilahı ölkədə güclü iqtisadiyyatın qurulması və İraqın beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi üçün zəruri hesab etdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti