Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Siyasət Xəbər 22 Sentyabr 2026 23:51 (UTC +04:00)
Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Bakı. Trend:

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə İran arasında ikitərəfli və çoxtərəfli gündəlik, həmçinin regional proseslər nəzərdən keçirilib.

Nazirlər davamlı yüksəksəviyyəli təmasların, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan və İran prezidentlərinin 2026-cı ilin avqustunda Bişkekdə keçirilmiş görüşü ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti mühüm addım kimi qeyd olunub.

Həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib, diplomatiya və dialoqun, eləcə də sülh və sabitliyin təşviq edilməsinin vacibliyi vurğulanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti