Uitkoff vasitəçilər üzərindən İranla aparılan məsləhətləşmələri uğurlu adlandırıb

Dünya xəbərləri Xəbər 23 Sentyabr 2026 04:21 (UTC +04:00)
Uitkoff vasitəçilər üzərindən İranla aparılan məsləhətləşmələri uğurlu adlandırıb

Bakı. Trend:

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff sentyabrın 22-də Nyu-Yorkda İran tərəfi ilə vasitəçilər üzərindən keçirilən məsləhətləşmələri uğurlu hesab etdiyini bildirib.

Bu barədə Stiv Uitkoff "X" sosial şəbəkəsində yazıb.

“Bu gün BMT Baş Assambleyasının iclasları çərçivəsində gün ərzində tərəflər arasında gedib-gələn vasitəçilər vasitəsilə İran nümayəndə heyəti ilə uzunmüddətli danışıqlarda iştirak etdik. Ümid edirik ki, konstruktiv və perspektivli olacaq danışıqlar raundunu uğurla başa vurduq”, - deyə o bildirib.

"Vasitəçilər işi davam etdirəcəklər", - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti