17 yaşlı mərakeşli futbol klubunun avtobusunun altında Seutadan İspaniyaya keçib

Dünya xəbərləri Xəbər 22 Sentyabr 2026 01:47 (UTC +04:00)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

17 yaşlı mərakeşli futbol üzrə İspaniyanın ikinci divizionunda çıxış edən “Valyadolid” klubunun komandasının avtobusunun altında gizlənərək Pireney yarımadasına keçib. Komanda Şimali Afrikada yerləşən İspaniyanın Seuta anklavında keçirdiyi oyundan qayıdırmış.

Klub bazar ertəsi AFP-yə faktı təsdiqləyib.

Klubdakı mənbənin bildirdiyinə görə, 17 yaşlı gənc 100 kilometrdən çox məsafə qət etdikdən sonra avtobusun arxa təkərləri arasında büzüşmüş vəziyyətdə aşkarlanıb. Həmin mənbənin sözlərinə görə, o, Seutadan Pireney yarımadasına bərə ilə bütün səfər boyu bu vəziyyətdə gedib, lakin sonda istirahət dayanacağında kömək istəməyə məcbur olub.

“Valyadolid” klubunun nümayəndə heyəti yetkinlik yaşına çatmayan şəxslə maraqlanıb, Mülki Qvardiyanın əməkdaşları gələnədək ona yemək, su və geyim verib. Daha sonra gənc Mülki Qvardiyanın himayəsinə verilib.

Son illərdə İspaniya hakimiyyət orqanları müxtəlif nəqliyyat vasitələrində gizlənərək Pireney yarımadasına keçməyə cəhd edən miqrantlarla bağlı bir neçə oxşar hal barədə məlumat verib.

Bu hadisə İspaniyanın Şimali Afrikadakı iki anklavından biri olan Seutada miqrasiya böhranının yaşandığı bir vaxtda baş verib. Mərakeşdən 70 mindən çox miqrantın kütləvi şəkildə daxil olmasından sonra iyulun sonlarından etibarən Seuta siyasi və diplomatik səviyyədə gərginlik mövzusuna çevrilib.

Xəbər lenti

Xəbər lenti