Braziliya prezidenti Lula seçkilərə bir neçə gün qalmış sosial müavinətlərin artırılacağını açıqlayıb

Dünya xəbərləri Xəbər 21 Sentyabr 2026 21:56 (UTC +04:00)
Braziliya prezidenti Lula seçkilərə bir neçə gün qalmış sosial müavinətlərin artırılacağını açıqlayıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 4-də keçiriləcək prezident seçkilərinin birinci turuna bir neçə gün qalmış, hazırkı prezident və yenidən seçilmək uğrunda mübarizə aparan Luiz İnasio Lula da Silva sosial yardımların əhəmiyyətli dərəcədə artırılacağını açıqlayıb.

Dövlət başçısı prezident sarayının qarşısında Planlaşdırma naziri Bruno Moretti ilə birlikdə jurnalistlərə açıqlamasında bildirib ki, "Bolsa Familia" (Ailə Təqaüdü) proqramı çərçivəsində ödənilən müavinətlər 15 faiz artırılacaq. 2003-cü ildə yaradılan və Lulanın ilk prezidentlik müddətinin əsas islahatlarından biri olan bu proqram aztəminatlı ailələrə əsas ehtiyaclarını qarşılamaq üçün müəyyən maliyyə yardımı göstərilməsini nəzərdə tutur. Bunun müqabilində ailələr təhsil və səhiyyə sahəsində müəyyən öhdəlikləri yerinə yetirməlidir. Hazırda proqram təxminən 54 milyon insanı əhatə edir. Bruno Morettinin sözlərinə görə, bu artım 2026-cı ildə təxminən 1 milyard avroya, 2027-ci ildə isə 3,7 milyard avroya başa gələcək.

Sosial ödənişlərin artırılması ilə yanaşı, Braziliya hökuməti borclarını ödəməkdə çətinlik çəkən bir sıra aztəminatlı ailələrin borclarını da öz üzərinə götürməyi nəzərdən keçirir. Təklifin yaxın zamanda Lulanın proqramına daxil ediləcəyi gözlənilir.

Bu açıqlamalar Lulanın sağçı rəqibi, keçmiş prezident Jair Bolsonaronun oğlu Flavio Bolsonaro ilə baş-başa mübarizə apardığı bir vaxtda verilib. Jair Bolsonaro ötən ilin martında dövlət çevrilişinə cəhd ittihamı ilə 27 il müddətinə azadlıqdan məhrum edilib.

Rəy sorğularına əsasən, hər iki namizəd birinci turda demək olar ki, bərabər nəticələr göstərir.

Reuters-in məlumatına görə, Flavio Bolsonaronun komandası tədbirin qanunsuz elan edilməsi üçün məhkəməyə müraciət etməyi nəzərdən keçirir. Komanda Lulanı bu tədbiri adi dövlət siyasəti çərçivəsində deyil, yenidən seçilməsinə şərait yaratmaq məqsədilə hazırlamaqda ittiham edir.

Lakin Bolsonaro düşərgəsinin özü də oxşar addımlara əl atıb: 2022-ci ildə, seçkilərin birinci turundan əvvəl həmin vaxt yenidən seçilmək uğrunda mübarizə aparan Jair Bolsonaro sosial ödənişləri artırmışdı. Buna baxmayaraq, o, seçkidə Lula tərəfindən məğlub edilmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti