Şəmkirdə 13 il əvvəl törədilmiş qətlin üstü açılıb

Hadisə Xəbər 22 Sentyabr 2026 15:38 (UTC +04:00)
Şəmkirdə 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Şəmkirdə 2013-cü ildə törədilmiş qətlin üstü açılıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, 2013-cü il avqustun 5-də Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qətlə yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilib.

Birgə və koordinasiyalı şəkildə aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Xəyal Məmmədovun tamah məqsədilə Kifayət Məhərrəmovanı cib bıçağı ilə çoxsaylı zərbələr endirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, X.Məmmədov daha sonra mənzildən 100 manat pul və qızıl-zinət əşyaları götürərək hadisə yerindən uzaqlaşıb.

X.Məmmədov şübhəli şəxs qismində verdiyi ifadəsində cinayəti törətdiyini etiraf edib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Şəmkir Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti