Media nümayəndələri üçün Qafqaz Albaniyası irsinə həsr olunmuş seminar keçirilib (FOTO)

Cəmiyyət Xəbər 21 Sentyabr 2026 13:54 (UTC +04:00)
Media nümayəndələri üçün Qafqaz Albaniyası irsinə həsr olunmuş seminar keçirilib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə media nümayəndələri üçün “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar keçirilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, seminarda məruzəçi qismində çıxış edən tarix elmləri doktoru Həsən Həsənov Qafqaz Albaniyasının zəngin dövlətçilik tarixi, mənşəyi, mədəni-dini irsi və regionun etno-siyasi mənzərəsində tutduğu mövqe haqqında ətraflı məlumat verib.

Tədqiqatçı-alim sənədlər və tarixi mənbələr əsasında Albaniyanın Azərbaycan dövlətçilik tarixindəki yerini vurğulayaraq, bu irsin düzgün öyrənilməsi və təbliğinin vacibliyini diqqətə çatdırıb.

Alim bildirib ki, “Albaniya” sözü türk mənşəlidir, mənası “qəhrəman” deməkdir və bu dövlət əvvəlcə Atropatenanın tərkib hissəsi olub.

Həsən Həsənov çıxışında vurğulayıb ki, Albaniya ərazisində mövcud olan bütün abidələr məhz alban sivilizasiyasına aiddir və hətta bir çox hallarda bu abidələrin türk ənənələri ilə bağlılığı barədə qənaətə də gəlinib.

O, həmçinin Gəncəsər və Xudavəng abidələri ilə bağlı ermənilərin iddialarına toxunaraq qeyd edib ki, bu cür iddialar Ermənistan ərazisində hələ də Azərbaycan torpaqlarına qarşı ərazi iddialarının mövcud olduğunu göstərir.

İnteraktiv formatda təşkil olunmuş tədbirdə media mənsublarını maraqlandıran suallar cavablandırılıb, tarixi həqiqətlərin kütləvi informasiya vasitələrində dəqiq və elmi əsaslara söykənərək işıqlandırılmasının əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti