BMT Baş Assambleyası ilə əlaqədar Nyu-Yorkda gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilir

Dünya xəbərləri Xəbər 21 Sentyabr 2026 17:38 (UTC +04:00)
BMT Baş Assambleyası ilə əlaqədar Nyu-Yorkda gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının yüksəksəviyyəli həftəsi ərəfəsində Nyu-Yorkda BMT-nin mənzil-qərargahı ətrafında gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilir.

TASS-ın məlumatına görə, kompleksin ətrafındakı küçələr metal çəpərlərlə bağlanır, hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı isə nəzərəçarpacaq dərəcədə artırılıb.

Yüksəksəviyyəli həftənin əsas hissəsinin başlamasına artıq bir gün qalmış kompleksin ətrafındakı ərazi qapalı zonanı xatırladır. Birinci avenyu və ona bitişik küçələrdə çoxsaylı metal maneələr quraşdırılıb, patrul avtomobilləri, təcili yardım xidmətlərinin bölmələri və polis əməkdaşları növbə çəkir, müvəqqəti buraxılış-nəzarət məntəqələri yaradılıb. Məlumata görə, girişlərin yaxınlığında mobil polis postları da qurulub, BMT-nin çəpərləri boyunca isə jurnalistlər birbaşa yayımlar üçün kameralar, işıqlandırma və digər avadanlıqlar quraşdırırlar.

Qeyd edək ki, BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi 21–26 sentyabr tarixlərində keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti