ABŞ Çinlə süni intellekt sahəsində danışıqları yüksək nəticəli hesab edir

Dünya xəbərləri Xəbər 21 Sentyabr 2026 06:50 (UTC +04:00)
ABŞ Çinlə süni intellekt sahəsində danışıqları yüksək nəticəli hesab edir

Bakı. Trend:

ABŞ və Çin arasında ticarət və süni intellekt məsələlərinə dair keçirilən son danışıqlar uğurlu nəticələrlə yadda qalıb.

Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib.

Bessent jurnalistlərə açıqlamasında bildirib ki, Çin tərəfi ilə ticarət və süni intellekt sahəsində çox məhsuldar müzakirələr aparılıb. Onun sözlərinə görə, tərəflər Pekində yarımçıq qalan müzakirələri davam etdiriblər. Orada Ticarət Şurasının yaradılması və süni intellekt mövzusunun müzakirəsinə başlanılması ilə bağlı razılıq əldə olunmuşdu. Son görüşdə isə bu məsələlər praktiki müzakirə mərhələsinə keçib.

Nazirin sözlərinə görə, görüş zamanı süni intellekt sahəsində əməkdaşlıq mexanizminin yaradılması məsələsi də müzakirə olunub. O qeyd edib ki, bu mexanizmin “ABŞ-Çin Sİ dialoqu” adlandırılması nəzərdə tutulur.

“ABŞ iki ölkə arasında məlumat mübadiləsi mexanizminin yaradılmasını təklif edib. Həmçinin ortaq məqsədlər və mövcud təhdidlər barədə ümumi yanaşma formalaşdırmaq istəyirik”, – deyə Bessent bildirib.

O əlavə edib ki, təklif olunan mexanizm süni intellektlə bağlı milli təhlükəsizlik səviyyəsində yarana biləcək insidentlər və təhdidlər barədə tərəflər arasında qarşılıqlı məlumat mübadiləsini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti