Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Xəbər 20 Sentyabr 2026 21:36 (UTC +04:00)
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı. Trend:

Sentyabrın 21-də, saat 09:00-dan etibarən paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində, Baloğlan Bağırov küçəsinin Məhəmmədəli Şəfai küçəsi ilə kəsişməsindən Səyyarə Zeynalova küçəsinə qədər olan hissəsində təmir işlərinə başlanılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Təmir işlərinin gedişindən asılı olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, ərazidə mümkün sıxlığın qarşısının alınması məqsədilə əvvəlcədən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti