Bakı. Trend:
ABŞ, Danimarka və Qrenlandiya arasında əldə olunan razılaşma “vəziyyəti sakitləşdirməyə” və bu Arktika ərazisi üzərində “Danimarkanın suverenliyini bir daha təsdiqləməyə” imkan verir.
Bunu Fransanın Prezidenti Emmanuel Makron Sen-Pyer və Mikelona səfəri çərçivəsində bildirib.
“Sadəcə olaraq qeyd edirəm ki, Danimarkanın suverenliyinə hörmət edilir, beynəlxalq hüquqa hörmət edilir və bizim tələb etdiyimiz də məhz bu idi. Buna görə də bu, yaxşı haldır”, - deyə Fransa Prezidenti vurğulayıb.
Qeyd edək ki, Donald Tramp cümə günü Danimarka ilə Qrenlandiya ilə bağlı “təhlükəsizlik” sazişi imzalayıb.
