Bakı.Trend:
ABŞ Prezidenti gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyası çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməyəcək.
"Times of Israel"in məlumatına görə, bu barədə yüksəkvəzifəli Tramp administrasiyası rəsmiləri bildiriblər.
Onların sözlərinə görə, bu, ABŞ prezidentinin “sıx qrafiki” ilə bağlıdır.
ABŞ administrasiyasındakı digər mənbə isə qeyd edib ki, qarşıdakı seçkilərlə əlaqədar Netanyahunun Nyu-Yorkda iştirakı məhdud olacaq.
