Yevlax. Trend:
Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qəza Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində, dairəvi yolda qeydə alınıb.
Məlumata əsasən, hadisə zamanı çuğundur daşıyan yük avtomobili minik avtomobillərinin daşınması üçün istifadə olunan yük maşınına çarpılıb.
Toqquşma nəticəsində 1981-ci il təvəllüdlü Ramil Allahverən oğlu Firidunov ağır xəsarətlər alıb. O, təcili tibbi yardım briqadası tərəfindən Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
