Moldovanın hava məkanına naməlum PUA-lar daxil olub

Dünya xəbərləri Xəbər 19 Sentyabr 2026 14:50 (UTC +04:00)
Poland army
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Moldovanın hava məkanına naməlum pilotsuz uçuş aparatları (PUA) daxil olub.

Bu barədə Moldova Sərhəd Polisinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 19-da səhər saatlarında Ştefan-Voda rayonunda ölkənin hava məkanını pozan bir neçə naməlum pilotsuz uçuş aparatı (PUA) qeydə alınıb.

Məlumata görə, sərhədçilərin patrul qrupları gecə baş verən hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək, eləcə də mümkün qalıq və ya düşmüş fraqmentləri aşkar etmək məqsədilə həmin ərazidə hərtərəfli yoxlamalar aparır.

Moldova sərhədçilərinin məlumatına görə, iki uçuş aparatı Moldova hava məkanını keçərək Oleneshtı – Çistovodnoye kəndləri istiqamətində hərəkət edib. Eyni zamanda, daha bir PUA birbaşa Kaplanı kəndinin üzərində qeydə alınıb. O, Krokmaz istiqamətindən uçub, daha sonra ölkə ərazisini tərk edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti