Bərdə. Trend:
Bərdə rayon sakini Ağdamda ölü vəziyyətdə aşkarlanıb.
Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Bərdə rayon sakini Hacıyev Müşfiq Aqil oğlunun meyiti Ağdam rayonunun işğaldan azad edilmiş Şelli kəndi ərazisində yerləşən kəhriz quyusundan çıxarılıb.
Məlumata görə, M.Hacıyev bir neçə gün əvvəl yaşadığı ünvana qayıtmayıb. Yaxınları onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Bildirilib ki, Müşfiq Hacıyev işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi kimi çalışıb.
Faktla bağlı araşdırma aparılır.
