Çin "Kinetica-1" raketi ilə doqquz peykini uğurla kosmosa göndərib

Dünya xəbərləri Xəbər 20 Sentyabr 2026 12:58 (UTC +04:00)
Çin "Kinetica-1" raketi ilə doqquz peykini uğurla kosmosa göndərib

Bakı. Trend:

Çinin "CAS Space" şirkəti doqquz peyki uğurla orbitə çıxarıb.

Bu barədə şirkət "WeChat" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Qeyd olunub ki, buraxılış Pekin vaxtı ilə saat 12:03-də Şimali Çində yerləşən Tsyütsüan kosmodromunun “Dunfen” kommersiya meydançasından "Kinetica-1" (“Litszyan-1”) daşıyıcı raketinin köməyi ilə həyata keçirilib.

Bildirilib ki, bu dəfə “Tsinlin-01” və “Tsinlin-02” (optik aparatlarla təchiz olunmuş) məsafədən zondlama peykləri, peyk rabitəsi və telekommunikasiya texnologiyalarının inteqrasiyasını sınaqdan keçirmək üçün nəzərdə tutulan “Pençen Şoufa”, eləcə də yüksək ayırdetmə qabiliyyətinə və orbitdə məlumatların emalı imkanına malik “Çaocisuan-1” peykləri orbitə çıxarılıb.

Bundan əlavə, elektromaqnit spektrinin monitorinqi üçün nəzərdə tutulan üç “Ditin-01” peyki, “Puczyan-4” və “Yunşyao Tanluçje” peykləri də orbitə buraxılıb. Onların hamısı nəzərdə tutulan orbitlərə uğurla çıxarılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti