Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Gününü təbrik edib

Siyasət Xəbər 20 Sentyabr 2026 17:31 (UTC +04:00)
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Gününü təbrik edib

Bakı. Trend:

Ukraynanın Azərbaycandakı səfirliyi Azərbaycanın 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.

Paylaşım səfirliyin "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

"Bu gün Azərbaycan xalqı Dövlət Suverenliyi Gününü qeyd edir.

Azərbaycanı bu mühüm dövlət bayramı münasibətilə ürəkdən təbrik edirik!

Qoy Azərbaycan Respublikası bundan sonra da öz dövlətçiliyini möhkəmləndirsin, inkişaf etsin və çiçəklənsin, xalqı isə sülh, birlik və rifah içində yaşasın.

Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir. Ölkələrimiz dostluq və qarşılıqlı faydalı strateji tərəfdaşlığı ardıcıl şəkildə inkişaf etdirir. Biz Azərbaycan rəhbərliyinə və xalqına Ukrayna ilə həmrəyliyinə və göstərdiyi dəstəyə görə ürəkdən minnətdarıq.
Azərbaycan Respublikasına sülh, rifah və tərəqqi arzulayırıq!

Dövlət Suverenliyi Gününüz mübarək!" - deyə paylaşımda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti