Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı artıb

Dünya xəbərləri Xəbər 19 Sentyabr 2026 09:22 (UTC +04:00)
Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı artıb
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın şimal-qərbindəki Kohat şəhərində məscidin yaxınlığında törədilən terror aktı nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Bu barədə “Agence France-Presse” hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Məlumata görə, ölənlər arasında 16 polis əməkdaşı var. Hücum nəticəsində 100-dən çox insan yaralanıb.

Bildirilir ki, atışma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları altı hücumçunu zərərsizləşdiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti