Bakı. Trend:
17 sentyabr 2026-cı il tarixində Varşava Universitetinin Auditorium
Maximum zalında Şopen Beynəlxalq Musiqi Festivalı çərçivəsində
Azərbaycanın Əməkdar artisti, pianoçu Nərgiz Əliyarovanın solo
konserti keçirilmişdir.
Konsert proqramında Frederik Şopenin əsərləri ilə yanaşı, Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Firəngiz Əlizadə və Faiq Sücəddinovun əsərləri səsləndirilmişdir. Proqramda Azərbaycan bəstəkarlarının yaradıcılığının müxtəlif istiqamətlərini əks etdirən əsərlərin Şopenin məşhur fortepiano nümunələri ilə bir arada təqdim olunması Azərbaycan və Polşa musiqi ənənələri arasında bədii dialoq yaratmış, dinləyicilərin tərəfindən böyük marag və algışlarına səbəb olmuşdur. Vətən muharibəsinin şəhidlərinə həsr olunmuş kompozisiya xüsusi diggət və ehtitamla garşılanmışdır.
Konserti Polşanın mədəniyyət və akademik dairələrinin nümayəndələri, Varşava Universitetinin professor-müəllim heyəti və tələbələri, Azərbaycan diasporunun təmsilçiləri muşaidə etmişlər. Konserti izləyən Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov və Səfirliyin əməkdaşları təşkilatçılar tərəfindən festivalın hörmətli gonağları kimi təgdim edilmişlər.
Konsert Azərbaycan və Polşa arasında musiqi sahəsində mədəni dialoqun inkişafına, iki ölkənin zəngin musiqi irsinin qarşılıqlı təqdimatına, Azərbaycan bəstəkarlarının yaradıcılığının və milli dəyərlərimizin Polşa auditoriyasına çatdırılmasına xidmət etmişdir.