Bakı.Trend:
Qobustan Günəş Elektrik Stansiyasının enerji sisteminə qoşulması ilə Azərbaycanda bərpa olunan enerji mənbələrinin qoyuluş gücü 2 170 MVt-a çatıb.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Qobustan Günəş Elektrik Stansiyasına təşkil olunan media tur zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası Azərbaycanda bərpa olunan enerji sahəsində hərrac nəticələri əsasında gerçəkləşdirilmiş ilk layihədir.
"Hərrac bildiyiniz kimi, son mərhələsi, yəni canlı hissəsi 6 saatdan artıq davam edib və bu COP29 Bakıda keçiriləndə baş tutub. Çinin "Vantai Group" şirkətlər qrupuna daxil olan "Universal" şirkəti həmin hərracın qalibi olub və müəyyən müddət apardı, təbii ki, müqavilələrin hazırlanması, imzalanması və tikintiyə başlanandan sonra 300 gün ərzində bu stansiyaya ərsəyə gəldi.100 meqavat gücündə dəyişən cərəyan qoyuluş gücünə maliyyə sabit cərəyan dəyişən cərəyan qoyuluş gücünə malikdir. Eyni zamanda yarımstansiyada investor tərəfindən inşa edilib. Yarımstansiya 110-luq xətlərlə Ələt 110-luq yarımstansiyasına, eyni zamanda Salyanda olan 110-luq Azərienerjinin yarımstansiyasına qoşulub və bütün bu xəttlər qoşulma xətləri Azərenerji tərəfindən inşa edilib", - deyə o bildirib.
Onun sözlərinə görə, stansiyanın ərazisinə girişdə uzunluğu 9 kilometrdən çox olan yol da görmək mümkündür. Bu yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 37 gün ərzində inşa edilərək istismara verilib.
"Sahədə quraşdırılan panellər bugünkü gündə bizim sənaye miqyaslı günəş stansiyalarımızda olan ən qüvvətli panellərdir, 710 vvat gücündədir, Çinin "Longi" şirkətinin istehsalıdır", - deyə o bildirib.
Agentliyin direktoru hərracın təşkilində Avropa Yenidənqurma və İnkişaf bankının oynadığı rolu vurğulayıb.
"Stansiyanın texniki-iqtisadi parametrlərinə keçməmişdən öncə qeyd eləmək lazımdır ki, bütün bu hərrac prosesində Avropa Yenidənqurma və İnkişaf Bankı bizimlə olub və bu hərracın təşkilində texniki məsələlərdə dəstək dəstəyimiz olub və layihə də eyni zamanda uğurla başa çatmış hesab oluna bilər, paralel olaraq yəni hərracın təşkili layihəsi. Təbii ki, mən çox vaxt uzatmaq istəmirəm, böyük qanunvericilik bazasında işlər baş tutdu, müəyyən digər yanaşmalar mövcud oldu və ki, bunun nəticəsi olaraq bu gün stansiya ərsəyə gəlib.
Azərbaycanda bərpa olunan enerjiyə investisiya qoyan şirkətlərin coğrafiyası gördüyünüz kimi dayanmadan artır. Əgər bizim ilk stansiyalarımızı Birləşmiş Ərəb Əm sakinlərindən, Səudiyyə Ərəbistandan olan investorlar iştirak etmişdisə, bu artıq Çin şirkəti tərəfindən investisiyaya böyük həcmdə 54 milyondan artıq Amerika Birləşmiş Ştatları həcmində investisiyanın qoyulması deməkdir",-deyə o bildirib.
C.Abdullayev qeyd edib ki, belə investisiyaların mövcudluğu Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu göstərir.
"Bu isə birmənalı olaraq Azərbaycanda bugünkü gündə aparılan iqtisadi siyasət nəticəsində formalaşmış əlverişli investisiya mühitinin mövcud olduğunu göstərir və həmin investisiya şərtləri kifayət qədər investorlar üçün cəlbedicidir. Əgər belə demək olarsa, oyunun qaydaları tam şəkildə şəffafdır, aydındır və biz gündə hər gün demək olar ki, müxtəlif bu istiqamətdə, müxtəlif coğrafiyalardan təkliflərlə qarşılaşırıq ki, növbəti mərhələlərdə Azərbaycanda bərpa olunan stansiyalar inşası davam etdirilsin.
Qeyd elədiyim kimi, bir sıra digər baxımlardan, yanaşmalar bakımından da stansiya kifayət qədər maraqlıdır. Deməli stansiyanın inşası dövründə 450-500-ə yaxın iş yeri burada formalaşmışdı və bu burada stansiyanın tikintisində iştirak edən cəmi 7 mütəxəssis əcnəbidir, qalan mütəxəssislər hamısı Azərbaycan mütəxəssisləridir. Bu da çox önəmli bir göstəricidir",-deyə o bildirib.
C.Abdullayev bildirib ki, stansiyanın ərazisində daimi olaraq 14 nəfər çalışacaq, daha altı əməkdaş isə Bakıda yerləşən baş ofisdə stansiyanın fəaliyyəti ilə bağlı işlərlə məşğul olacaq.
Onun sözlərinə görə, stansiyanın ərazisində mütəxəssislərin yerləşdirilməsi üçün yataqxana kompleksi də istismara verilib: “Yarımstansiyanın Çin şirkəti-investorun vəsaiti hesabına inşası, onun idarə olunması və digər zəruri işlər artıq başa çatıb. Qobustan Günəş Elektrik Stansiyasının enerji sisteminə qoşulması ilə Azərbaycanda bərpa olunan enerji mənbələrinin qoyuluş gücü 2 170 MVt-a çatıb".
